Dek
2020
16:02
476
32
3267
Virtual karabakh

“SOCAR Türkiyə” Laçının qayıdışını piano ifası ilə qeyd etdi - VİDEO

1 Dek, 2020
16:02
3267

“SOCAR Türkiyə” Laçının qayıdışını piano ifası ilə qeyd etdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“SOCAR Türkiyə” Laçının qayıdışı ilə bağlı video çarx yayımlayıb.

“Socar Türkiyə”nin rəsmi sosial media hesabında paylaşdığı təbrik videosunda piano ifası ilə yanaşı Azərbaycanın işğaldan azad edilən ərazisindən görüntülər təqdim olunub.

“Böyük həsrət bitdi! Qarabağda işğal altında olan Laçın da mənsub olduğu Azərbaycana qovuşdu. Qələbəniz mübarək!”, - deyə təbrik mətnində qeyd edilib.

Video çarxda pianoda ifa edən xanım azərbaycanlı dirijor, bəstəkar və pianoçu Turan Manafzadədir. O, pedaqoq, dirijor və bəstəkar İslam Manafovun qızıdır və 2017-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti adını alıb. 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri