Dek
2020
14:04
232
31
1469
Virtual karabakh

“SOCAR Türkiyə” beynəlxalq Zirvə görüşünə baş sponsorluq edəcək

2 Dek, 2020
14:04
1469

“SOCAR Türkiyə” beynəlxalq Zirvə görüşünə baş sponsorluq edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət Neft Şirkətinin Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji” Beynəlxalq İnvestisiya Zirvəsinə baş sponsorluq edəcək.

Bu barədə Türkiyənin “Anadolu Agentliyi” məlumat yayıb.

Bildirilib ki, Beynəlxalq İnvestorlar Birliyi Sammitdə dünyanın qabaqcıl beynəlxalq investorlarını bir araya gətirəcək. Tədbirə 7 dekabrda start veriləcək və beş gün davam edəcək. Zirvənin açılış nitqi isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən səsləndiriləcək.

Əlavə edilib ki, Beynəlxalq İnvestorlar Birliyinin 40-cı ilində ilk dəfə təşkil ediləcək Zirvədə “SOCAR Türkiyə” ilə yanaşı digər nəhəng şirkətlər də sponsorluq edəcək. 

“SOCAR Türkiyə”nin Baş icraçı direktoru Zaur Qəhrəmanov bildirib ki, dünyanı bürüyən pandemiya fonunda bu Sammitin həyata keçirilməsi olduqca əhəmiyyətlidir:

“Hazırda beynəlxalq miqyaslı investorların bir araya gələrək gələcək investisiya mühitini müzakirə mövzusuna çevirməsi həm investorlar, həm də ölkələr üçün çox dəyərli bir hadisədir. COVID-19 pandemiyası ilə artıq “yeni normal” anlayışını müzakirə edirik. İnvestorlar investisiya sahəsində “yeni normal” nə olacaq, bundan sonra hansı sektorlara investisiya qoymaq prioritet təşkil edəcək, ölkələrin yeni dəstək politikaları nədən ibarət olmalıdır və s. bu kimi suallara cavab axtardığı bir dövrdəyik”.

Onun sözlərinə görə, böyük və kiçik olmaqla hər bir şirkətin rəqəmsallaşmaya doğru getməsini zəruri edən, xüsusilə də, böyük layihələrdə inteqrasiya ağırlığının artdığı bir dövrdə yaşayırıq.  Baş icraçı direktor qeyd edib ki, bu cəhətdən Sammitin çox vacib olduğunu və gələcək dövrdə həyata keçiriləcək investisiyalar üçün bizə üfüq açacağını gözləriyik.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri