Dek
2020
15:01
150
15
1439
Virtual karabakh

Qeyri-neft sektoru üzrə özəl şirkətlərin ixrac reytinqi AÇIQLANDI - FOTO

Bu ilin yanvar-oktyabr aylarında qeyri-neft sektoru üzrə özəl subyektlər 442,7 milyon dollarlıq ixrac həyata keçirib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.

Belə ki, reytinqə əsasən, ilk yerdə 86,9 milyon dollar ixrac həcmi ilə “Socar Polymer” MMC gəlir.

Daha sonra, 85,7 milyon dollar ixrac həcmi ilə “Azərbaycan Interneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, 71,1 milyon dollar ixrac həcmi ilə “Land Lojistic” MMC, 54,2 milyon dollar ixrac həcmi ilə “MKT İstehsalat Kommersiya” MMC,  27 milyon dollar ixrac həcmi ilə “Sun Food” MMC şirkətləri ilk beşlikdə qərar tutublar.

Eləcə də, “Global Trade Group” MMC 28,7 milyon dollar, “Fruit Store” MMC 24,5 milyon dollar həcmində qeyri-neft sektoru üzrə ixrac həyata keçirib. Bu şirkətlərin ixrac həcmi ötən ilin eyni dövrü ilə müqayisədə artım təşkil edib.

Müvafiq dövr ərzində “Baku Steel Company” MMC-nin 24 milyon dollarlıq qeyri-neft sektoru üzrə məhsul ixracında ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz azalma müşahidə olunub.

Həmçinin, “Aqrovest” MMC 20,5 milyon dollar, “Fruit City Group” MMC 20,1 milyon dollar məhsul ixracı həyata keçirib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri