Azərbaycanda ixrac həcminə görə ilk 10 dövlət şirkəti məlum oldu - REYTİNQ/FOTO
Azərbaycanda ixrac həcminə görə ilk 10 dövlət şirkəti məlum oldu - REYTİNQ/FOTO
2020-ci ilin yanvar-oktyabr ayları ərzində qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin reytinqi açıqlanıb.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.
Cari sektor üzrə dövlətə məxsus şirkətlər 365,8 milyon ABŞ dollarına yaxın ixrac həyata keçiriblər.
Siyahıya 114,6 milyon dollar ixrac həcmi ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir.
Daha sonra bu siyahıda 88,2 milyon dollar ixrac həcmi ilə “Azergold” QSC, 74,2 milyon dollar ixrac həcmi ilə “Azəralüminium” MMC, 56 milyon dollar ixrac həcmi ilə “Azərenerji” ASC, 23,8 milyon dollar ixrac həcmi ilə “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC gəlir.
Eləcə də, müvafiq dövr ərzində “Azərbaycan Hava Yolları” QSC (AZAL) 5,7 milyon dollar, “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC 1,3 milyon dollar həcmində məhsul ixracı həyata keçirib.