Dek
2020
19:20
198
72
1190
Virtual karabakh

Fitch Ratings: Azərbaycanın bank sektoru digər MDB ölkələri ilə müqayisədə stabildir

2 Dek, 2020
19:20
1190

Fitch Ratings: Azərbaycanın bank sektoru digər MDB ölkələri ilə müqayisədə stabildir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Digər MDB ölkələri ilə müqayisədə Azərbaycanın bank sektorunun maliyyə vəziyyəti ilə bağlı proqnozu stabil olaraq qiymətləndirilib.

Bu barədə “Fitch Ratings”in MDB ölkələri üzrə hesabatında məlumat verilib.

Belə ki, ümumilikdə MDB (Müstəqil Dövlətlər Birliyi) məkanında emitentin defolt reytinqi ilə bağlı proqnoz mənfi olsa da, Ukrayna, Özbəkistan, Qazaxıstan və Azərbaycanda reytinq proqnozu stabil olaraq müəyyənləşib. Bildirilib ki, Azərbaycan və Qazaxıstanda bank sektoru böyük kapital və maliyyə buferlərinə malik olduğundan reytinq proqnozu stabil hesab edilə bilər. 

Eyni zamanda, Belarus da daxil olmaqla, 2020-ci ilin gətirdiyi bəzi problemlərlə əlaqədar Rusiya, Gürcüstan və Ermənistanda bankların maliyyə profillərində müəyyən təzyiqlər yarandığı üçün reytinq proqnozu neqativ olaraq dəyərləndirilib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri