Dek
2020
23:01
213
28
3153
Virtual karabakh

Azərbaycanın e-ticarət portalına 512,2 milyon dollarlıq sifariş daxil olub - FOTO

2 Dek, 2020
23:01
3153

Azərbaycanın e-ticarət portalına 512,2 milyon dollarlıq sifariş daxil olub - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2020-ci ilin yanvar-oktyabr ayları ərzində Azexport.az portalına 512,2 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin noyabr sayında məlumat verilib. 

Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 10 ayında portala daxil olan ixrac sifarişləri dəyər baxımından 7,3 faiz artıb.

2020-ci ilin oktyabr ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 49,8 milyon ABŞ dolları təşkil edib və ötən ilin müvafiq ayı ilə müqayisədə ixrac sifarişləri dəyər baxımından 21,5 faiz artıb.

Qeyd edilib ki, 2017-ci ilin yanvar ayından 2020-ci ilin 31 oktyabr tarixinə kimi (46 ay ərzində) Azexport.az portalına dünyanın 142 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2,9 milyard ABŞ dolları təşkil edib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri