Dek
2020
11:22
255
17
2781
Virtual karabakh

ABŞ Azərbaycanın ən çox məhsul ixrac etdiyi ilk beş ölkə sırasına qatıldı - FOTO

3 Dek, 2020
11:22
2781

ABŞ Azərbaycanın ən çox məhsul ixrac etdiyi ilk beş ölkə sırasına qatıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2020-ci ilin oktyabr ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 162,8 milyon ABŞ dolları təşkil edib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin noyabr sayında məlumat verilib.

2020-ci ilin oktyabr ayında qeyri-neft sektorunda yeyinti məhsullarının payı 48,8 faiz, qeyri-yeyinti sektoru üzrə isə 51,2 faiz təşkil edib.

Bu ilin oktyabr ayında qeyri neft-qaz məhsulları üzrə ən çox mal Rusiyaya - 64,7 milyon ABŞ dolları, Türkiyəyə - 33,5  milyon ABŞ dolları, İsveçrəyə - 10,7 milyon ABŞ dolları, Gürcüstana - 9,5 milyon ABŞ dolları və ABŞ-a - 5,4 milyon ABŞ dolları - ixrac edilib.

Xatırladaq ki, sentyabr ayının qeyri-neft məhsulları üzrə ixrac icmalında ilk beş ölkə siyahısında ABŞ yer almamışdı. Ötən ay isə ölkə İranı siyahıdan çıxararaq, ixrac icmalında beşinci yerdə qərar tutub.  

Qeyd edək ki, 2020-ci ilin oktyabr ayında qeyri-neft sektoru üzrə ixracda xurma - 19,7 milyon dollarlıq dəyərdə ixrac həcmi ilə birinci, qabığı təmizlənmiş meşə fındığı - 17 milyon ABŞ dollarlıq dəyərdə ixrac həcmi ilə ikinci, sair təzə meyvələr - 13,6 milyon ABŞ dollarlıq dəyərdə ixracla üçüncü yerdə qərarlaşıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri