Dek
2020
13:32
214
23
1472
Virtual karabakh

SOCAR xalis gəlirlərini 15 faiz artırıb

3 Dek, 2020
13:32
1472

SOCAR xalis gəlirlərini 15 faiz artırıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2019-cu il üzrə SOCAR-ın xalis iqtisadi dəyərin həcmi 2 milyard 769 milyon 151 min manat həcmində olub.

Bu barədə Dövlət Neft Şirkətinin “Davamlı İnkişaf - 2019” hesabatında məlumat verilib.

2019-cu ildə şirkətin xalis gəlirlərinin həcmi 2018-ci ilə nisbətən 15,5 faiz artıb.

Belə ki, SOCAR-ın 2019-cu ildə ümumi gəlirlərinin həcmi 6 milyard 416 milyon 530 min manatı təşkil edib. Ümumi gəlirlərin həcmi 2018-ci ilin göstəricisi ilə müqayisədə 8,8 faiz artıb.

Şirkətin ümumi xərclərinin həcmi isə 3 milyard 647 milyon 379 min manat olub. Eləcə də, xərclərin həcmi də öncəki ilə nisbətən 4,2 faiz artıb.

Şirkət əməliyyat xərclərinə 1 milyard 111 milyon 402 min manat vəsait sərf edib. Həmçinin, bu dövr ərzində SOCAR-ın işçilərinə ödədiyi əməkhaqqı, sosial müdafiə və imtiyazların həcmi isə 788 milyon 388 min manatı təşkil edib.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri