Dek
2020
14:49
180
17
1222
Virtual karabakh

SOCAR neft, qaz və kondensat ehtiyatlarının həcmini açıqladı

2019-cu il üzrə SOCAR-ın təsdiq edilmiş neft, qaz və kondensat ehtiyatlarının ümumi həcmi açıqlanıb.

Bu barədə Dövlət Neft Şirkətinin “Davamlı İnkişaf - 2019” hesabatında məlumat verilib.

Müvafiq dövrdə təsdiq edilmiş ümumi neft ehtiyatlarının həcmi 120 milyon 204 min ton olub. Eləcə də, təsdiq edilmiş və işlənmiş neft ehtiyatları 74 milyon 12 min ton həcmində, təsdiq edilməmiş və işlənməmiş neft ehtiyatların həcmi isə 46 milyon 192 min ton olub.

SOCAR-ın kondensat ehtiyatlarının ümumi həcmində əvvəlki ilə nisbətən 25,7 faiz artım müşahidə olunub. Təsdiq edilmiş ümumi kondensat ehtiyatlarının həcmi 10 milyon 54 min ton təşkil edib. Eləcə də, təsdiq edilmiş və işlənmiş kondensat ehtiyatı 4 milyon 751 min ton həcmində, təsdiq edilməmiş və işlənməmiş kondensat isə 5 milyon 303 min ton həcmində olub.

Şirkətin qaz ehtiyatlarının ümumi həcmində də 2018-ci ilin göstəricilərinə nisbətən 13,8 faiz artım var. Belə ki, qaz ehtiyatlarının təsdiq edilmiş ümumi həcmi 99 milyard 486 milyon kub metr olub. Təsdiq edilmiş və işlənmiş ehtiyatların həcmi 55 milyard 327 milyon kubmetr, təsdiq edilməmiş və işlənməmiş qaz ehtiyatlarının həcmi isə 44 milyard 159 milyon kubmetri təşkil edib.  

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri