Dek
2020
16:49
250
98
1229
Virtual karabakh

Dövlət şirkəti İsveçrədə 2023-cü ilə qədər 20 elektrik enerjisi yükləmə məntəqəsi quracaq

“SOCAR Enerji İsveçrə”nin xalis gəlirlərinin həcmi 119,1 milyon manat təşkil edib. 2018-ci ilə nisbətən İsveçrədəki şirkətin xalis gəlirlərinin həcmi 0,5 faiz artıb.

Bu barədə Dövlət Neft Şirkətinin “Davamlı İnkişaf - 2019” hesabatında məlumat verilib.

Belə ki, şirkətin ümumi gəlirlərinin həcmi isə 2 milyard 670,6 milyon manat olub ki, bu əvvəlki illə müqayisədə 2,6 faiz çoxdur.

Törəmə şirkətin ümumi xərclərinin həcmi isə 2 milyard 551,6 milyon manat həcmində olub. O cümlədən, əməliyyat xərcləri 2 milyard 422,7 milyon manat, əməkhaqqı, sosial müdafiə və imtiyazlara 113,3 milyon manat sərf edilib.

Bildirilib ki, 2019-cu ildə SOCAR-ın İsveçrədə 4 yanacaq doldurma məntəqəsi fəaliyyətə başlayıb. “SOCAR Enerji İsveçrə” şirkəti tərəfindən 2019-2023-cü illərdə İsveçrədə 20 ədəd sürətli elektrik enerjisi yükləmə məntəqəsinin tikintisi planlaşdırılır.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri