Dek
2020
10:36
41
150
1835
Virtual karabakh

Dövlət Neft Şirkəti Ukraynadakı şirkətinə nə qədər sərmayə yatırıb?

4 Dek, 2020
10:36
1835

Dövlət Neft Şirkəti Ukraynadakı şirkətinə nə qədər sərmayə yatırıb?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“SOCAR Enerji Ukrayna”nın xalis gəlirlərinin həcmi 33,3 milyon manat təşkil edib.

Bu barədə Dövlət Neft Şirkətinin “Davamlı İnkişaf - 2019” hesabatında məlumat verilib.

Belə ki, 2018-ci ilə nisbətən Ukraynadakı şirkətin xalis gəlirlərinin həcmi 6,3 faiz azalıb. Şirkətin ümumi gəlirlərinin həcmi isə 729,5 milyon manat olub ki, bu da əvvəlki illə müqayisədə 12,3 faiz azdır.

Törəmə şirkətin ümumi xərclərinin həcmi isə 696,2 milyon manat həcmində olub. Xərclərin ümumi həcmi əvvəlki ilə nisbətən 12,6 faiz azalıb. O cümlədən, əməliyyat xərcləri 658,4 milyon manat, əməkhaqqı, sosial müdafiə və imtiyazlara 33,3 milyon manat sərf edilib.

Bildirilib ki, SOCAR Ukraynadakı fəaliyyətini “SOCAR Enerjy Ukrayna” şirkəti vasitəsilə həyata keçirir və şirkət fəaliyyətə başladığı dövrdən etibarən SOCAR tərəfindən ümumilikdə 300 milyon ABŞ dollarına qədər sərmayə yatırılıb. Ukrayna ərazisində Şirkətə məxsus 60-dan çox yanacaq doldurma məntəqəsi və dörd ədəd neft bazası fəaliyyət göstərir.

2019-cu ildə “SOCAR Energy Ukrayna” şirkəti kiçik və orta ölçülü gəmilərin yanacaqla təminatı üçün biri Kiyevdə Muromets parkının, digəri isə Odessada Sovinyon yaxt-klubunun ərazisində olmaqla iki üzən yanacaq doldurma məntəqəsi işə salıb.

SOCAR 2021-ci ildə Ukraynanın Kiyev, Xarkov və Dnepr şəhərlərində yeni yanacaqdoldurma komplekslərinin açılmasını planlaşdırır.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri