4 
Dek
2020
15:40
328
20
3343
yuxarı
Danimarka neft və qaz istehsalından imtina etməyə qərar verdi
Danimarka hökuməti və ölkə parlamenti 2050-ci ilədək Şimal dənizində neft-qaz hasilatının və kəşfiyyatının tamamilə dayandırılması barədə razılığa gəlib.
Bu barədə “Reuters” xəbər yayıb.
Bildirilir ki, bu cür fəaliyyətlərin lisenziyalaşdırılması üçün edilən bütün tenderlər hazırda ləğv edilir; Parlament lisenziya verilməsi barədə səkkizinci raundu və bundan sonrakı tenderləri ləğv etmə barədə qərarı təsdiqləyib.
Qeyd edək ki, Danimarka hökuməti 2050-ci ildə “iqlim bitərəfi” ölkəsinə çevrilmək üçün ötən il “2030-cu ilə qədər çirkləndirici tullantıları 70 faiz azaltmaq” barədə iddialı layihə qəbul edib.
Hazırda bu ölkə Avropa İttifaqında ən böyük neft və qaz istehsalçısıdır.