Dek
2020
17:24
487
67
6298
Virtual karabakh

Bakı-Moskva marşrutu üzrə üç çarter reysi həyata keçiriləcək

“Ural Hava Yolları” Rusiya Federasiyası vətəndaşlarının Azərbaycandan daşınmasını həyata keçirəcək.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən verilən məlumata əsasən, dekabr ayında aviaşirkət Rusiya vətəndaşlarını ölkələrinə çatdırmaq məqsədilə Bakı-Moskva (“Jukovski” hava limanı) marşrutu üzrə üç çarter reysi həyata keçirəcək.

Reyslər Rusiya vətəndaşı olan və ya Rusiyaya giriş hüququna malik, habelə koronavirusa (COVID-19) dair testdən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlərin daşınması üçün nəzərdə tutulub.

Çarter reysləri dekabrın 12-si, 19-u və 26-sı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından həyata keçiriləcək.

Xatırladaq ki, noyabrın 26-dan etibarən “Aeroflot” aviaşirkəti də Rusiya vətəndaşlarının daşınması üçün Bakı-Moskva marşrutu üzrə çarter reysləri həyata keçirir. Uçuşlar həftədə iki dəfə cümə axşamı və bazar günləri icra olunur.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri