Dek
2020
10:57
58
11
1406
Virtual karabakh

KOB könüllülərinin “Könüllülər ili”nə töhfəsi

5 Dek, 2020
10:57
1406

KOB könüllülərinin “Könüllülər ili”nə töhfəsi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq, 2020-ci il ölkəmizdə “Könüllülər ili” elan edilib. 

“Könüllülər ili”ndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) könüllü olmuş yeddi gənc Agentliyin struktur bölmələrində işlə təmin edilib. Ümumilikdə indiyədək 200-dən çox gənc KOBİA-da könüllü fəaliyyətinə cəlb olunub.

“Könüllülər ili”nə töhfə vermək məqsədilə KOBİA-nın dəstəyi və “KOB könüllüləri”nin təşəbbüsü ilə “Könüllünün özəl kitabı” nəşr edilib və ölkəmizdə fəaliyyət göstərən müxtəlif təşkilatların könüllülərinə pulsuz paylanılıb.

2020-ci ildə “KOB könüllüləri” Agentliyin dəstəyi və iştirakı ilə keçirilmiş müxtəlif tədbirlərin, aksiyaların təşkilinə dəstək göstərib, könüllülərin təşəbbüsü ilə müxtəlif layihələr həyata keçirilib. 

Gənclərin bilik və bacarıqlarının, dünyagörüşünün artırılması, peşəkar əmək fəaliyyətinə başlayanadək onlara əmək vərdişlərinin aşılanması, eləcə də sahibkarlara dəstək məqsədilə KOBİA-da 2018-ci ildən “KOB Könüllüləri” Proqramı həyata keçirilir, Könüllü Şurası fəaliyyət göstərir.

“KOB könüllüləri” Agentliyin inzibati binasında, “KOB Dostu” ofislərində, KOB evlərində və qurumun digər strukturlarında gündəlik iş prosesində yaxından iştirak etməklə təcrübə toplayır, öz bilik və bacarıqlarını artırırlar. İki ay davam edən könüllülük fəaliyyətinin sonunda “KOB könüllüləri”nə sertifikatlar verilir. 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri