Dek
2020
02:13
127
620
12471
Virtual karabakh

Rusiya Azərbaycandan pomidor və alma idxalını qadağan edir

9 Dek, 2020
02:13
12471

Rusiya Azərbaycandan pomidor və alma idxalını qadağan edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Rosselxoznadzor” (Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti) məhsulların tərkibində zərərvericilərin aşkarlanması səbəbilə dekabrın 10-dan etibarən Azərbaycandan pomidor və alma idxalını qadağan edib.

Bu barədə TASS qurumun rəsmi saytına istinadən məlumat yayıb.

“Təkcə 22 oktyabrdan indiyə qədər mütəxəssilər 17 dəfə Avrasiya İqtisadi Birliyi üçün karantin hesab edilən cənubi amerika pomidor güvəsi və şərq güvəsi aşkar ediblər. Bununla bağlı fitosanitar vəziyyəti mühafizə etmək üçün göstərilən malların dekabrın 10-da Rusiyaya idxalı qadağan olunur”, - deyə qurumdan bildirilib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri