18 
Dek
2020
16:29
535
19
2446
Virtual karabakh

Azərbaycanla Ukrayna arasında turizm əlaqələri genişləndiriləcək - FOTO

18 Dek, 2020
16:29
2446

Azərbaycanla Ukrayna arasında turizm əlaqələri genişləndiriləcək - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan və Ukrayna arasında turizm üzrə əməkdaşlıq genişləndiriləcək.

Dövlət Turizm Agentliyindən verilən məlumata əsasən, turizm sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna işçi qrupunun ilk iclası keçirilib.

İclasda Azərbaycan və Ukraynanın şəhərləri arasında birbaşa aviauçuşların təşkili, müəyyən şəhərlər və regionlar arasında əməkdaşlığın artırılması, xüsusilə sağlamlıq turizmi üzrə əməkdaşlıq edilməsi, Bakıda ilk Azərbaycan-Ukrayna turizm forumunun təşkili, sərgilərdə qarşılıqlı iştirak, marketinq tədbirlərinin keçirilməsi, pandemiyadan sonrakı dövrdə turizmin bərpası məqsədilə mümkün birgə tədbirlər barəsində müzakirələr aparılıb.

İclasda çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycan və Ukrayna arasında mövcud olan dostluq münasibətlərinin turizm sahəsinə təsirindən danışıb.

O, 30 illik işğaldan sonra Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun şanlı qələbəsi və Qarabağın azad olunması barəsində məlumat verərək, hər zaman ölkəmizə dəstəyini ifadə edən Ukraynaya təşəkkürünü bildirib.

Onlayn təşkil olunan iclasda Ukrayna tərəfdən nümayəndə heyətinin rəhbəri, Ukrayna mədəniyyət və informasiya siyasəti nazirinin müavini Larisa Petasyuk çıxış edərək öz növbəsində Azərbaycan və Ukrayna arasında turizm əlaqələrinin inkişafının vacibliyini qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri