Yan
2021
12:42
464
15
2228
Virtual karabakh

Şuşa şəhərinin baş planının hazırlanmasına start verilib - RƏSMİ

7 Yan, 2021
12:42
2228

Şuşa şəhərinin baş planının hazırlanmasına start verilib - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Şuşa şəhərinin baş planının hazırlanması üzərində işlərə başlanılıb”.

Bunu Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirə zamanı deyib.

O bildirib ki, şəhərsalma planlaşdırması ilə bağlı, ilk növbədə, işğaldan azad olunmuş bütün ərazilər üzrə ümumi planın hazırlanması istiqamətində işlərə başlanılıb. Eyni zamanda, artıq işğaldan azad olunmuş ərazilərə yerində baxışlar keçirilir:

“Bir sıra şəhərlərin yerləşdirilməsi və onların planlaşdırılması ilə bağlı işlərə başlanılıb. Bununla yanaşı, bir sıra beynəlxalq və xarici şirkətlərlə əlaqələr qurulub, danışıqlara başlanılıb. Yerli mütəxəssislərin cəlb olunması təmin edilib”.

Samir Nuriyevin sözlərinə görə, artıq Şuşa şəhərinə göndərilən böyük qrup çərçivəsində şəhərsalma üzrə mütəxəssislər də olub və Şuşa şəhərinin baş planının hazırlanması üzərində işlərə başlanılıb:

“İlk növbədə, Şuşa şəhərinin ortofoto şəkli çəkilib və topoqrafiya işləri davam etdirilib. Eyni zamanda, ərazilərə baxış keçirilərkən orada dəymiş ziyanın qiymətləndirilməsi məsələsinə də diqqət yetirilir. Mövcud vəziyyət dəyərləndirilir və sənədləşdirilir”.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri