13 
Yan
2021
10:06
122
12
1302
Virtual karabakh

Azərbaycanın bu ilki neft hasilatı ilə bağlı proqnozu yeniləndi

13 Yan, 2021
10:06
1302

Azərbaycanın bu ilki neft hasilatı ilə bağlı proqnozu yeniləndi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın 2021-ci ildə neft və kondensat istehsalı ilə bağlı proqnozu yenilənib.

Oxu.Az-ın ABŞ-ın Energetika Nazirliyi yanında Enerji İnformasiya Agentliyindən əldə etdiyi məlumata əsasən, 2021-ci ilin yanvar ayının proqnozuna görə, 2021-ci ildə Azərbaycanda neft və kondensat hasilatının gündəlik həcminin orta hesabla 730 min barel olacağı proqnozlaşdırılır.

Halbuki, Agentliyin ötən ilin dekabr ayında neft və kondensat hasilatı ilə Azərbaycan üzrə proqnozu 720 min barel idi. Proqnoz üçün göstərici 10 min barelə qədər artırılıb.

Agentliyinin hesablamalarına əsasən, 2021-ci ilin birinci rübündə ölkədə neft və kondensat hasilatının gündəlik həcminin orta hesabla 700 min barel, ilin ikinci rübündə 730 min barel, üçüncü rübdə 740 min barel və ilin sonunda, dördüncü rübdə isə 750 min barel olacağı gözlənilir.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri