13 
Yan
2021
11:24
280
19
3488
Virtual karabakh

İtaliyadan gətirilən istifadəyə təhlükəli qidalar məhv edildi - FOTO

13 Yan, 2021
11:24
3488

İtaliyadan gətirilən istifadəyə təhlükəli qidalar məhv edildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliyadan gətirilən 4 min 572 kiloqram qaymaq məhsulu məhv edilib.

Bu barədə Oxu.Az-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Məlumatda bildirilir ki, Agentlik tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində “İtalika Azerbaijan” MMC tərəfindən İtaliya Respublikasından ölkəmizə idxal olunan “Hopla” əmtəə nişanlı qaymaq məhsulundan götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyalarında müayinə edilib.

Aparılan müayinələr nəticəsində qaymaq məhsulunda mezofil aerob və fakultativ-anaerob mikroorqanizmlərin miqdarının normadan çox olduğu, məhsulların qüvvədə olan texniki normativ sənədlərin tələblərinə cavab vermədiyi müəyyən olunub. 

Bununla bağlı olaraq istifadəyə yararsız “Hopla” əmtəə nişanlı 0,5 litrlik qablaşdırmada, ümumi çəkisi 4 min 572 kiloqram olan məhsul partiyası “Təhlükəli Tullantılar” poliqonunda agentlik əməkdaşlarının iştirakı ilə məhv edilib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri