13 
Yan
2021
16:37
310
31
3015
yuxarı
ABŞ-dan Rusiya qazına görə Avropa ölkələrinə xəbərdarlıq
ABŞ Dövlət Departamenti “Şimal axını-2” layihəsinə dəstəyə görə tətbiq edilən mövcud sanksiyalar paketinin genişləndirilməsi barədə Avropa şirkətlərinə xəbərdarlıq edib.
Bu barədə “Reuters”-ə məlumat verən qurum rəsmisi bildirib ki, ABŞ bəzi şirkətləri mövcud risklər barədə məlumatlandırmağa çalışır. Nə qədər ki, gec deyil, bu şirkətlər sözügedən layihə ilə bağlı öz mövqeyini dəyişməlidir.
Xatırladaq ki, Dövlət Departamenti sonuncu dəfə ötən ilin oktyabr ayında “Şimal axını-2” üzrə sanksiyalar paketini genişləndirib. Qurumdan bildirilib ki, bu proses layihənin tam dayandırılmasınadək davam edəcək.
Rusiya rəsmilərinin sözlərinə görə, layihə üzrə işlər artıq 93% tamamlanıb və yaxın gələcəkdə Avropa ölkələrinin dəstəyilə sona çatdırılacaq.
Bizimlə əlaqə saxlayın
Digər İqtisadiyyat xəbərləri
15 
Yan
2021
18:24
Rusiya geri qaytardığı məhsullarla bağlı Azərbaycana 34 notifikasiya göndərib
20
102
1840
15 
Yan
2021
18:06
“Azəriqaz”dan sayğacların artıq sərfiyyat hesablaması ilə bağlı AÇIQLAMA
11
159
2280
15 
Yan
2021
16:52
SOCAR İstiqrazlarının təkrar bazar əməliyyatlarının həcmi rekord göstəricini ötüb
26
82
803