13 
Yan
2021
11:27
156
18
1418
Virtual karabakh

2020-ci ildə ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb

13 Yan, 2021
11:27
1418

2020-ci ildə ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda 2020-ci il ərzində 8 milyard 428,9 milyon manat həcmində kənd təsərrüfatı məhsulu istehsal edilib.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsal həcmi 2019-cu illə müqayisədə 2 faiz artıb.

Belə ki, bu dövr ərzində Azərbaycanda 4 milyard 28,4 milyon manat dəyərində bitkiçilik məhsulu istehsal edilib. Bu məhsulların istehsal həcmi əvvəlki illə müqayisədə 0,8 faiz artıb.

Həmçinin, ötən il Azərbaycanda 4,4 milyard manat dəyərində heyvandarlıq məhsulu istehsal edilib. Bu məhsulların istehsal həcmi 3,1 faiz artıb.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri