13 
Yan
2021
15:31
99
31
2688
Virtual karabakh

ABŞ-ın Energetika Nazirliyindən 2022-ci il üzrə Azərbaycanla bağlı İLK PROQNOZ

13 Yan, 2021
15:31
2688

ABŞ-ın Energetika Nazirliyindən 2022-ci il üzrə Azərbaycanla bağlı İLK PROQNOZ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ 2022-ci ildə Azərbaycanın neft və kondensat istehsalı ilə bağlı proqnozunu açıqlayıb.

Oxu.Az-ın ABŞ-ın Energetika Nazirliyi yanında Enerji İnformasiya Agentliyindən əldə etdiyi məlumata əsasən, 2022-ci ildə Azərbaycanda neft və kondensat hasilatının gündəlik həcminin orta hesabla 780 min barel olacağı proqnozlaşdırılır.

Belə ki, növbəti ilin birinci rübündə neft və kondensat hasilatının gündəlik həcminin orta hesabla 760 min barel olacağı bildirilib. 2022-ci ilin ikinci rübündə hasilatın 30 min barel artaraq 790 min barel olacağı qeyd edilib.

Hasilatın ilin üçüncü və dördüncü rüblərində isə 10 min barel azalaraq 780 min barel olacağı proqnozlaşdırılıb.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri