13 
Yan
2021
17:12
45
102
1822
Virtual karabakh

“SOCAR Construction” nəhəng layihə üzrə quraşdırma işlərinə yekun vurub - FOTO/VİDEO

13 Yan, 2021
17:12
1822

“SOCAR Construction” nəhəng layihə üzrə quraşdırma işlərinə yekun vurub - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“SOCAR Construction” şirkəti “Mozır” neft emalı zavodunun hidrokrekinq qurğusunun montajını uğurla başa çatdırıb.

Oxu.Az-a verilən məlumatda bildirilib ki, “Mozır NEZ” ASC Belarus Respublikasının ikinci ən iri neft emal zavodu olaraq, son illərdə regionda icra olunmuş ən böyükmiqyaslı tikinti layihəsi hesab olunur.

Sözün əsl mənasında meqalayihə 

Zavodun əsas obyektlərindən biri olan ağır neft qalıqlarının hidrokrekinqi kompleksində montaj işlərinə 2019-cu ilin avqust ayında start verilib.

Xüsusi çətinliyi ilə seçilən montaj işlərinin icrası üzrə nəzəriyyəçi və praktiklərin böyük əksəriyyəti hidrokrekinq kompleksini əsaslı olaraq əsl meqalayihə kimi qiymətləndirirlər. MDB ərazisində analoqu olmayan bu meqaqurğudan dünyada cəmi səkkizi mövcuddur.

Bu layihənin məsuliyyət dərəcəsini, habelə Belarus Respublikasının rəhbərliyi tərəfindən təyin olunmuş çox qısa vaxt məhdudiyyətini nəzərə alaraq, layihə işlərinin icrası üçün yalnız qüsursuz biznes-reputasiyasına malik ən yaxşı xidmət təchizatçıları seçilib. Kompleksin inşasında iştirak üçün seçilmiş şirkətlərin sırasında “SOCAR Construction” şirkəti də olub.

“SOCAR Construction” şirkəti texnoloji boru kəmərlərinin bütün montaj işlərini, o cümlədən boru kəməri armaturunun montajını, iriləşdirici yığma işlərini və termik emalı, qaynaqlanmış birləşmələrin müdaxiləsiz yoxlanılmasını, lak-boya örtüyünün vurulmasını, hidravlik və pnevmatik sınaq işlərini həyata keçirib.

Görülmüş işlər

Layihə həyata keçirildiyi müddətdə müxtəlif materiallardan 13 km-dən çox texnoloji boru kəməri xətti (o cümlədən avadanlıqlar) montaj olunub. Qaynaqlanmış birləşmə yerlərinin sayı 46 mini ötüb (WDI-70000).

5000-dən çox klapan və bağlayıcı-tənzimləyici armaturun quraşdırılması və montajı yerinə yetirilib.

3,8-54,4 metr səviyyələrində montaj olunmuş təkcə iriölçülü (9 tona qədər çəkisi olan) avadanlıqların sayı 60 ədəddən çoxdur.

Komandanın birliyi və yüksək peşəkarlıq səviyyəsi, habelə düzgün qurulmuş idarəetmə sistemi sayəsində “SOCAR Construction” MMC əsas işlərini vaxtında icra edərək “Mozır” neft emalı zavodunun rəhbərliyindən müsbət rəylər alıb.

“Mozır” neft emalı zavodunun yenidənqurma və inkişaf üzrə direktoru, A.A.Qud “SOCAR Construction” şirkətinin işini yüksək qiymətləndirib:

“SOCAR Construction” MMC şirkətinin əməkdaşları xüsusilə təhlükəli obyekt və istehsalat müəssisələrinin sənaye tikintisi sahəsində ən yüksək bacarıq və ixtisas dərəcəsini nümayiş etdirib. Üzərinə götürdüyü müqavilə öhdəliklərinin icrasında “SOCAR Construction” MMC şirkətinin əməkdaşları yüksək peşəkarlıq, təşkilatçılıq bacarığı və məsuliyyətlə fərqlənib. Yuxarıda deyilənlər bu şirkəti sənaye tikinti layihələrinin layihə sənədlərinin tələblərinə uyğun tərzdə və sifarişçinin təyin etdiyi müddətlər çərçivəsində uğurlu icrasına zəmanət verən, etibarlı tərəfdaş kimi xarakterizə edir.

Gələcək fəaliyyət imkanları

Hidrokrekinq kompleksi üçün boru kəmərinin montaj işləri üzrə müqavilə öhdəliklərini uğurla yekunlaşdırmış “SOCAR Construction” şirkəti “Mozır” NEZ-in istilik izolyasiyası işlərinə dair yeni sifarişini qəbul edib.

Həmçinin, yaxın zamanda “SOCAR Construction” şirkətinin komandası İrkutsk neft şirkəti tərəfindən “Markovo” yatağının istismarına hazırlıq layihəsinə cəlb olunacaq.

Qeyd edək ki, “SOCAR Construction” Məhdud Məsuliyyət Cəmiyyəti Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) budağı olaraq keyfiyyətli sənaye və infrastruktur obyektlərində yanacaq-enerji kompleksinin artan tələbatlarının təmin edilməsi məqsədilə təsis olunub.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri