14 
Yan
2021
15:36
381
20
2087
Virtual karabakh

TANAP-dan Naxçıvana qaz verilə bilər? - RƏSMİ

14 Yan, 2021
15:36
2087

TANAP-dan Naxçıvana qaz verilə bilər? - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

TANAP-dan Naxçıvan Muxtar Respublikasına qaz verilə bilər. Bu, texniki cəhətdən mümkündür.

Bu barədə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsinin Baş direktoru Saltuk Düzyol məlumat verib.

O bildirib ki, buna gərək olub-olmaması ayrıca müzakirə mövzusudur. Hazırda isə Naxçıvana qaz verilişi ilə bağlı layihə Türkiyənin BOTAŞ şirkəti tərəfindən ediləcək sərmayə ilə həyata keçiriləcək:

Beləliklə, İğdır vilayətindən 500 milyon kub metr qaz verilə biləcək. Bu, BOTAŞ-ın beynəlxalq nəqletmə şəbəkəsinə daxil olan qazdan veriləcək. TANAP-dan Naxçıvana birbaşa bağlantı isə hələ ki, nəzərdə tutulmur. Növbəti illərdə tələb olarsa, bu, həyata keçirilə bilər. Hazırda buna ehtiyac yoxdur. Çünki, hazırda Naxçıvana ən yaxın mənbə İğdır hesab edilir

Qeyd edək ki, BOTAŞ şirkəti Trans Anadolu Boru Kəməri (TANAP) layihəsində 30 faiz paya sahibdir.   

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri