14 
Yan
2021
17:12
269
28
1410
Virtual karabakh

Bu il Türkiyə və Avropanın TANAP vasitəsilə əldə edəcəyi qaz həcmi açıqlanıb

14 Yan, 2021
17:12
1410

Bu il Türkiyə və Avropanın TANAP vasitəsilə əldə edəcəyi qaz həcmi açıqlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

TANAP vasitəsilə gündəlik 32 milyon kub metr qaz nəql olunur, 2020-ci ildə isə 5 milyard kub metrdən çox qaz nəql olunub. Türkiyənin bu ilki qaz tələbi 6 milyard kub metrdir.

Bu barədə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsinin Baş direktoru Saltuk Düzyol məlumat verib.

Onun sözlərinə görə, bu günə qədər Türkiyəyə 8,4 milyard kub metr qaz nəqli həyata keçirilib:

İlk ildə 2 milyard kub metr, növbəti ildə 4 milyard kub metrə yaxın qaz nəql olunub. 15 illik müqavilənin sonuna qədər bu şəkildə davam edəcəyik. Türkiyə bu boru xəttini 49 il işlətmə haqqına sahibdir. Hazırda isə müqaviləmiz 15 illik müddət üçündür.

S.Düzyol əlavə edib ki, bu il üçün Avropaya 6,2 milyard kub metr qaz tədarükü nəzərdə tutulub, daha sonra, yəni 2022-ci ildə 10,5 milyard kub metr plato səviyyəsinə çatacağıq və növbəti ildən etibarən tam həcmdə qazın nəqledilməsinə başlanılacaq.

Baş direktor bildirib ki, ilkin 16 milyard kub metrlik illik nəqletmə həcmini 24 milyard kub metrə, daha sonra isə 31 milyard kub metrə çatdırmaq nəzərdə tutulub:

Lakin, hazırda nəzərə alsaq ki, dünyada neft və qaz məhsullarına tələbat aşağı düşüb, eləcə də, neft-qaz qiymətlərinin səviyyəsi 7 il bundan əvvələ nəzərən aşağı olduğundan sərmayə üçün yaxşı mühit mövcud deyil. Lakin, əgər tələb olunarsa bu məsələ gündəmə gələ bilər. Hazırda əlavə kompressor investisiyaları üçün seçimlər edilib, “pig” stansiyaları inşa edilib.

Bu sərmayənin dəyəri haqqında danışmaq üçün hələ tezdir. Bu qaz alqı-satqı müqavilələrinin nəticəsinə bağlı olacaq. Belə sərmayələri həyata keçirmək üç ilə başa gəlir. Bunun üçün lazımı baza hazırda mövcuddur.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri