15 
Yan
2021
13:36
260
13
2786
Virtual karabakh

Azərbaycandakı mədənlərdən çıxarılan qiymətli metalların həcmi açıqlanıb

15 Yan, 2021
13:36
2786

Azərbaycandakı mədənlərdən çıxarılan qiymətli metalların həcmi açıqlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda qızıl, mis və gümüş istehsalı və kəşfiyyat aktivləri portfelinə sahib “Anglo-Asian Mining Plc” şirkəti 2020-ci ilin və ötən ilin dördüncü rübünün yekunlarına dair hesabat verib.

Oxu.Az-ın məlumatına görə, 2020-ci il üzrə şirkət 100 milyon dollardan çox gəlir və 38,8 milyon dollar xalis mənfəət əldə edib.

Ötən il ərzində şirkət 69,1 min unsiya qiymətli metal hasil edib. Eləcə də, şirkət tərəfindən 2020-ci ilin 24 noyabr tarixində Azərbaycan dövlətinə Gədəbəydə mədənlərin işlənməsi ilə bağlı müqavilənin beş il müddətinə uzadılmasını təsdiqləyən sənəd təqdim edilib.

Belə ki, 2020-ci ilin dördüncü rübündə şirkət 16,8 min unsiya həcmində qiymətli metal hasil edib. Eləcə də, 13,3 min unsiya həcmində qızıl, 696 ton mis, 33,1 min unsiya həcmində gümüş hasil edib. 2020-ci ildə isə 56,9 min unsiya qızıl, 2,6 min ton mis, 122,9 min unsiya gümüş hasil edib.

Şirkət hasil edilən məhsulların gəlir həcmləri haqqında da məlumat verib. Belə ki, şirkət 2020-ci ilin dördüncü rübündə 18,1 min unsiya həcmində qızılın bir unsiyası üçün 1 884 ABŞ dolları gəlir əldə edilib. 2019-cu ildə isə 12,5 min unsiya həcmində qızılın bir unsiyası 1 481 dollardan satılıb. Eləcə də, 4,2 min ton mis 6,8 milyon dollara təklif edilib. Halbuki, 2019-cu ilin dördüncü rübündə isə 3,7 min ton mis 6,8 milyon dollara satılıb.

Bütövlükdə, 2020-ci il üzrə 48,7 min unsiya qızılın bir unsiyası 1 777 dollardan satılıb. 2019-cu ildə isə 54 min unsiya qızılın bir unsiyası üçün təklif 1 410 dollar olub. Eləcə də, 11,8 min ton mis 17,7 milyon dollara satılıb. 2019-cu ildə isə 10,3 min ton mis üçün təklif 16,7 milyon dollar olub.

Qeyd edək ki, şirkətin 2019-cu ildə tranzit xərclər də daxil olmaqla xalis mənfəəti 21,2 milyon dolları təşkil edib.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri