15 
Yan
2021
12:57
195
9
2084
Virtual karabakh

Azərbaycanda vətəndaşların əmanətlərini qaytarmayan banklar təftiş edilir - CİDDİ CƏZALAR GÖZLƏNİLİR

15 Yan, 2021
12:57
2084

Azərbaycanda vətəndaşların əmanətlərini qaytarmayan banklar təftiş edilir - CİDDİ CƏZALAR GÖZLƏNİLİR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kommersiya banklarında ciddi yoxlamalara start verilib. Xüsusilə də, müflis elan edilən, vətəndaşların əmanətlərini qaytarmayan banklar hərtərəfli təftiş edilir.

Bank sektorundan Modern.az-a daxil olan məlumata görə, yoxlamalarda əsas məqsədlərdən biri də bank sektorunun çökməsinə səbəb olan məqamları araşdırmaqdır. Bu məsələdə təqsiri olanları ciddi cəza gözləyir.

Mənbə bildirir ki, araşdırmalar zamanı ən sıravi işçidən tutmuş rəhbər şəxsə qədər hamının fəaliyyəti yoxlanılır.

Məsələ burasındadır ki, bu günə qədər bankların iflasına səbəb olanlar cəzasız qalır, əhaliyə dəyən ziyan dövlət tərəfindən ödənilirdi.

Daha əvvəl məlumat vermişdik ki, hökumət tərəfindən banklarla bağlı hazırlanan yeni qanun layihəsində bu məqamlar nəzərə alınacaq və bankın iflasına səbəb olacaq şəxslər məsuliyyətə cəlb ediləcək.

Qanun geriyə şamil olunmasa belə, ümumilikdə banklara nəzarət gücləndiriləcək, bank fəaliyyətində şəffaflıq artırılacaq, vətəndaşların bank hesabatlarına əlçatanlığı təmin olunacaq.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri