15 
Yan
2021
16:36
261
36
2448
Virtual karabakh

Rusiyaya ixrac olunan məhsullara məhdudiyyətlərin aradan qaldırılması üçün görüş keçirilib - FOTO

15 Yan, 2021
16:36
2448

Rusiyaya ixrac olunan məhsullara məhdudiyyətlərin aradan qaldırılması üçün görüş keçirilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumlarla Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (Rosselxoznadzor) mütəxəssislərindən ibarət nümayəndə heyətləri arasında görüşlər davam etdirilir.

Bu barədə Oxu.Az-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, həyata keçirilən birgə nəzarət tədbirləri çərçivəsində yanvarın 14-də AQTA mütəxəssislərinin və Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin əməkdaşlarının iştirakı ilə Xəzər rayonunda  yerləşən “Alza Holdinq” MMC və “Amoris” MMC-yə məxsus pomidor məhsulu yetişdirilən istixanalarda videomonitorinqlər keçirilib.

Videomonitorinqlər zamanı istixanalarda hazırda pomidor əkini altında olan sahə, yetişdirilən sort, gözlənilən istehsal, istixananın işıq və istilik rejimi, yerinə yetirilən bitki mühafizə tədbirləri barədə rusiyalı mütəxəssislərin sualları yerində əyani şəkildə göstərilməklə cavablandırılıb, eyni zamanda götürülmüş bitki və meyvə nümunələri Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin müvafiq laboratoriyalarında müayinə edilməsi üçün nümunə paketlərinə qoyularaq plomblanıb.

Qeyd edilib ki, AQTA və Rusiya Federasiyasının müvafiq qurumunun mütəxəssislərindən ibarət işçi qrupunun birgə həyata keçirdiyi videomonitorinqlər növbəti günlərdə respublikamızın digər regionlarında fəaliyyət göstərən istixanalarda davam etdiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri