16 
Yan
2021
13:16
356
38
3842
Virtual karabakh

Azərbaycan hibrid avtomobil alışını artırıb

16 Yan, 2021
13:16
3842

Azərbaycan hibrid avtomobil alışını artırıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2020-ci ildə ölkəyə idxal edilən daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən və yalnız elektrik mühərriklə hərəkətə gətirilən avtomobillərin sayı açıqlanıb.

Oxu.Az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, müvafiq dövrdə Azərbaycana daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən 5 080 ədəd avtomobil idxal edilib.

Onların ümumi idxal dəyəri 28 milyon dollar təşkil edib.

Eləcə də, yalnız elektrik mühərriklə hərəkətə gətirilən avtomobillərin sayı 167 ədəd olub və onların ümumi idxal dəyəri 8,3 milyon dolları əhatə edib.

2020-ci ilin dekabr ayında Azərbaycana 594 ədəd daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri idxal olunub. Ötən ay 21 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin alışı həyata keçirilib. Noyabr ayına nisbətən dekabr ayında bu tipdə avtomobillərin idxal həcmi artıb.

Qeyd edək ki, noyabr ayında ölkəyə 430 ədəd daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən avtomobil, eləcə də, dörd ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitəsi idxal olunub.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri