16 
Yan
2021
15:05
146
88
956
Virtual karabakh

Ölkədə tütünçülüyün inkişaf perspektivləri müzakirə olundu - FOTO

Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında tütünçülüyün inkişafı ilə bağlı 2020-ci ilin yekunları və 2021-ci ildə qarşıda duran vəzifələr” mövzusunda onlayn müşavirə keçirilib.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Müşavirədə Kənd Təsərrüfatı naziri İnam Kərimov, Azərbaycan Sənaye Korporasiyasının baş direktoru Kamran Nəbizadə, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev, Kənd Təsərrüfatı Nazirliyinin Aparatı və tabeli qurumlarının əməkdaşları, eləcə də bu sahədə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edib.

Tədbirdə qeyd olunub ki, Prezident İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri kimi elan edilib. Bildirilib ki, aqrar sahənin, o cümlədən tütünçülüyün inkişafı üçün dövlət tərəfindən sistemli dəstək tədbirləri həyata keçirilir. Həmçinin, ölkə prezidenti tərəfindən verilən tapşırığa uyğun olaraq işğaldan azad olunmuş, tütünçülük ənənəsinin mövcud olduğu rayonlarda bu sahənin inkişafı ilə bağlı müzakirələr aparılıb.

Müşavirədə “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində görülən işlər və əldə edilən nəticələr müzakirə olunub.

Keyfiyyətli tütün istehsalı üçün aqrotexniki tədbirlərin vaxtında və düzgün yerinə yetirilməsi, torpaq sahələrinin aqrokimyəvi analizinin aparılması, mineral gübrələrdən düzgün istifadə olunması, tütün yarpaqlarının vaxtından əvvəl dərilməsinə yol verilməməsi, zərərvericilərə qarşı mübarizə tədbirlərinin vaxtında görülməsinin vacib olduğu vurğulanıb. 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri