16 
Yan
2021
18:08
319
32
5453
Virtual karabakh

Azərbaycanın ən çox idxal etdiyi məhsul çeşidi açıqlandı

16 Yan, 2021
18:08
5453

Azərbaycanın ən çox idxal etdiyi məhsul çeşidi açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2020-ci ildə Azərbaycan ən çox maşın, mexanizm, elektrik aparatları və avadanlıqları idxal edib. Məhsulların ümumi idxalda payı 23,6 faiz təşkil edib.

Oxu.Az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ötən il 2 milyard 536,2 milyon dollar dəyərində bu çeşid üzrə məhsul idxal olunub. 2019-cu illə müqayisədə bu məhsulların ümumi idxal dəyəri 4,7 faiz azalıb.

2020-ci ildə 1 milyard 548,9 milyon dollar dəyərində nəqliyyat vasitələri və onların hissələri idxal edilib. 2019-cu ilin göstəricilərinə nəzərən bu məhsulların idxal dəyəri 23,8 faiz artıb. Onların ümumi idxal həcmində payı 14,4 faiz təşkil edib.

Geridə qoyduğumuz ildə Azərbaycan xaricdən 53 min 729 ədəd avtomobil idxal edib. Alınan avtomobillərin ümumi dəyəri 647,6 milyon dollar həcmində olub. Əvvəlki ilə nisbətən ölkə xaricdən avtomobil alışını 12,6 faiz və ya 6 min 19 ədəd artırıb.

Müvafiq dövr ərzində xaricidən 259 ədəd 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri alınıb. Bu avtomobillərin idxal dəyəri 30,5 milyon dollar təşkil edib. Əvvəlki illə müqayisədə 2,1 dəfə və ya 288 ədəd az avtobus idxal edilib.

İdxal edilən avtomobillərin əksəriyyəti minik avtomobilləridir. 2020-ci ildə 49 min 692 ədəd bu tipdə avtonəqliyyat vasitələri ölkəyə ixrac edilib və onların ümumi dəyəri 542,4 milyon dollar təşkil edib. 2019-cu ilə nisbətən idxal həcmi 15,1 faiz və ya 6 min 536 ədəd çox olub. 

2019-cu ilə nisbətən yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxal həcmi 4,1 faiz və ya 154 ədəd az olub. Ötən il 3 min 625 ədəd bu tipdə avtomobil idxal olunub və onların ümumi dəyəri 55,8 milyon dollar təşkil edib.

Eləcə də, xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələrinin alış sayında da azalma var. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu 33 faiz və ya 75 ədəd az olub. 2020-ci il ərzində 152 ədəd xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələri alınıb və onların ümumi idxal dəyəri 18,9 milyon dollar olub.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri