18 
Yan
2021
14:18
296
18
1712
Virtual karabakh

Azərbaycanla Türkiyə arasındakı ticarət dövriyyəsinin həcmi açıqlanıb

18 Yan, 2021
14:18
1712

Azərbaycanla Türkiyə arasındakı ticarət dövriyyəsinin həcmi açıqlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2020-ci ildə Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin həcmi 4 milyard 161 milyon dollar təşkil edib. Ticarət dövriyyəsinin dəyəri əvvəlki ilin göstəricilərinə nisbətən 7,7 faiz azalıb.

Oxu.Az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ötən il Azərbaycandan Türkiyəyə 2 milyard 598 milyon dollar dəyərindən məhsul ixrac edilib. 2019-cu ilin göstəricilərinə nəzərən ixrac həcminin dəyəri 9,3 faiz azalıb.

Eləcə də, Türkiyədən Azərbaycana 1 milyard 563 milyon dollar dəyərində məhsul idxal edilib. İdxal həcminin dəyəri əvvəlki ilə nisbətən 5,1 faiz azalıb.

2020-ci ildə Azərbaycanla ümumi ticarət dövriyyəsində Türkiyənin payı 13,54 faiz təşkil edib. Türkiyə Azərbaycanla ticarət dövriyyəsinin həcminə görə İtaliyadan sonra ən çox ticarət əməliyyatları həyata keçirdiyimiz ikinci ölkə olub.

Nigar Məmmədova 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri