18 
Yan
2021
13:45
142
30
1433
Virtual karabakh

“SOCAR Polymer” Rusiyanın ən böyük polipropilen idxalçısı olub

18 Yan, 2021
13:45
1433

“SOCAR Polymer” Rusiyanın ən böyük polipropilen idxalçısı olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda ötən il ərzində neft emalı və neft-kimya məhsullarının ixracı (polimerlərlə birlikdə) təqribən 2,4 milyon ton təşkil edib.

Bu barədə Dövlət Neft Şirkətinin “2020-ci il üzrə qazma, hasilat, emal və ixrac göstəriciləri”ndə məlumat verilib.

“SOCAR Polymer” şirkəti tərəfindən müxtəlif çeşidlərdə yüksək sıxlıqlı polietilen və polipropilen olmaqla, 132.5 min ton polimer məhsulu ixrac edilib ki, bu da 2019-cu illə müqayisədə 58 faiz çoxdur.

Azərbaycanda istehsal olunan polimer məhsullarının əsas ixrac bazarları Rusiya, Türkiyə və Çindir.

Qeyd edilib ki, “SOCAR Polymer” 2020-ci ildə Rusiyanın ən böyük polipropilen idxalçısı olub. İl ərzində polimer məhsullarının Avstriya, Rumıniya və Gürcüstan bazarında satışına da başlanılıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri