18 
Yan
2021
15:57
129
50
1162
Virtual karabakh

Ötən il SOCAR qazma işlərini 2,7 dəfə azaldıb - VİDEO

18 Yan, 2021
15:57
1162

Ötən il SOCAR qazma işlərini 2,7 dəfə azaldıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2020-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə 55 906 metr qazma işləri həyata keçirilib.

“Report” xəbər verir ki, bu barədə SOCAR-ın 2020-ci il üzrə açıqlanan qazma, hasilat, emal və ixrac göstəricilərində bildirilir.

Məlumata görə, bu, 2019-cu ilin göstəriciləri ilə müqayisədə 94 942 metr və ya 2,7 dəfə azdır.

Xatırladaq ki, 2019-cu il ərzində ölkə üzrə 291 min metr, SOCAR üzrə isə 150 848 metr qazma işləri həyata keçirilib.

Qeyd edək ki, 2020-ci il pandemiya ilə əlaqədar ümumilikdə dünya iqtisadiyyatında, eləcə də qlobal enerji bazarlarında tənəzzül dövrü kimi yadda qalıb. SOCAR da bu ümumi prosesdən müəyyən dərəcədə təsirlənib. Şirkət OPEC+ razılaşması çərçivəsində həm qazma işlərinin, həm də neft hasilatının həcmini əhəmiyyətli dərəcədə azaldıb. Tətbiq edilən məhdudiyyətlər il ərzində neft və qaz qiymətlərində qlobal artımla nəticələnib. SOCAR həm razılaşma çərçivəsində, həm də xərclərin optimallaşdırılması məqsədi ilə görülmüş digər tədbirlər nəticəsində biznes əməliyyatlarının dayanıqlığını təmin etməyə nail olub. Bu, şirkətin əsas istehsalat göstəricilərində də əksini tapır.

 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri