18 
Yan
2021
17:48
44
195
2922
Virtual karabakh

Vətəndaşlarımız pandemiya dövründə hansı ölkələrə səfər edib?

Ötən il xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının sayı 1 milyon 164 600 nəfər olub.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, 2019-cu illə müqayisədə xarici ölkələrə gedən vətəndaşlarımızın sayı 4,8 dəfə azalıb.

Belə ki, ölkə vətəndaşlarının 29,2 faizi İrana, 26,4 faizi Gürcüstana, 18,9 faizi Rusiyaya, 16,4 faizi Türkiyəyə, 9,1 faizi digər ölkələrə səfər edib.

Gedənlərin 70,4 faizini kişilər, 29,6 faizini qadınlar təşkil edib.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 6 dəfə, Gürcüstana gedənlərin sayı 5,2 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı 4,5 dəfə, Türkiyəyə gedənlərin sayı isə 3,3 dəfə azalıb.

2020-ci ildə xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 73,2 faizi dəmir yolu və avtomobil, 23,8 faizi hava, 3 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Qeyd edilib ki, koronavirus (COVID-19) pandemiyasının yaratdığı böhran nəticəsində turizm sektorunda müşahidə olunan tənəzzül digər ölkələrdə olduğu kimi, Azərbaycanda da müşahidə olunub.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri