18 
Yan
2021
19:50
233
51
3032
Virtual karabakh

SOCAR-da Türk Şurası üzvləri ilə görüş olub - FOTO/VİDEO

18 Yan, 2021
19:50
3032

SOCAR-da Türk Şurası üzvləri ilə görüş olub - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yanvarın 18-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının nümayəndə heyətini qəbul edib.

SOCAR-dan “Report”a verilən məlumata görə, görüşdə çıxış edən Türk Şurasının Baş katibi Bağdad Amreyev Qarabağın azadlığı uğrunda Azərbaycanın haqq mübarizəsində Türk xalqlarının Azərbaycanın yanında olduğunu bildirib.

Baş katib Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ötən il Türk Şurasının sədri olduğu qeyd edərək Azərbaycanın Türk Şurasının işində vacib rol oynadığını və Azərbaycan Prezidentinin hazırda türkdilli xalqlar arasında çox populyar şəxs olduğunu xüsusi qeyd edib. Qonaq həmçinin Türkdilli ölkələrin işğaldan azad edilmiş Qarabağın bərpası prosesində birgə fəaliyyətinin zərurətindən söz açıb.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev türkdilli ölkələr arasında birliyin gücləndirilməsində iqtisadi əməkdaşlığın əhəmiyyətindən bəhs edib, SOCAR-ın bu işə töhfələri haqqında məlumat verib. Qeyd oluub ki, hazırda SOCAR-ın əməliyyatları Türkiyə ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın əsasını təşkil edir. Bu iqtisadi əməkdaşlığın təməli ulu öndər Heydər Əliyevin yeni neft strategiyası ilə qoyulmuş, neft ixracının qərbə istiqamətləndirilməsi Azərbaycanla Türkiyəni bir-birinə daha da sıx bağlayıb.

SOCAR-ın prezidenti həmçinin digər türkdilli dövlətlərlə də iqtisadi əlaqələrin inkişafından söhbət açıb. O qeyd edib ki, SOCAR-la əməkdaşlıq çərçivəsində Qazaxıstanın “Kazmunayqaz” şirkətinin “Sətti” qazma qurğusu Xəzər dənizinin Azərbaycan sektorunda qazma işlərinə cəlb olunub. Türkmənistanla neft-qaz ticarəti istiqamətində əməkdaşlıq genişlənməkdədir. Özbəkistanın “Özbəkneftqaz” şirkəti ilə kəşfiyyat istiqamətində işlərin genişləndirilməsi məqsədi ilə üçtərəfli əməkdaşlıq sazişi imzalanıb. Türk Şurasının fəal üzvü olan Macarıstanın MOL şirkəti Azəri-Çıraq-Günəşli yataqlarının işlənməsində və Bakı-Tbilisi-Ceyhan boru kəmərində paya malikdir. Qeyd olunub ki, SOCAR son 15 il ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə lokal şirkətdən qlobal şirkətə çevrilib və iqtisadi əməkdaşlıq coğrafiyasını genişləndirib. Görüşdə gələcəkdə türkdilli dövlətlərin enerji sahəsində birgə layihələrinin reallaşdırılması, həmçinin futbol sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.

Görüşdə AFFA-nın İcraçı vitse-prezidenti Elxan Məmmədov da iştirak edib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri