19 
Yan
2021
21:39
42
390
2073
Virtual karabakh

Pandemiya uzun müddət dünya iqtisadiyyatını təhdid edəcək

Koronavirus pandemiyasının nəticələri növbəti 3-5 il ərzində də dünya iqtisadiyyatının inkişafına maneə törədəcək.

Dünya İqtisadi Forumunun ekspertləri belə bir proqnozla çıxış ediblər. Qurumun dərc etdiyi “Qlobal Risklər üzrə Hesabat 2021” (Global Risks Report) adlı sənəddə bir sıra bədbin proqnozlar yer alıb.

Hesabat müəlliflərinin qənaətincə, növbəti 5-10 il ərzində insanlar arasındakı sosial bərabərsizlik arta bilər. Bununla yanaşı, ekspertlər geosiyasi sabitsizliyin də artacağını gözləyirlər.

“Pandemiya qarşıdan gələn 3-5 il ərzində spekulyativ köpüklər, qiymət dəyişiklikləri, borc böhranı və İT-infrastrukturun məhvi kimi fəsadlara gətirib çıxara bilər”, -deyə sənəddə bildirilir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri