20 
Yan
2021
20:28
39
457
2460
Virtual karabakh

Azərbaycanda mobil rabitə operatorlarının gəlirləri artıb

20 Yan, 2021
20:28
2460

Azərbaycanda mobil rabitə operatorlarının gəlirləri artıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2020-ci il ərzində göstərilmiş xidmətlərin dəyəri 2 milyard 235,9 milyon manat təşkil edib.

Oxu.Az-ın Dövlət Statistika İdarəsindən əldə etdiyi məlumata əsasən, bu sahədə göstərilmiş xidmətlərin dəyəri əvvəlki illə müqayisədə real ifadədə 0,6 faiz artıb.

Xidmətlərin 74,2 faizi əhali tərəfindən istehlak olunub və əldə edilən gəlirin 41,7 faizi və ya 933,2 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Əlavə olaraq qeyd edək ki, ötən il informasiya və rabitə sektoruna 195,2 milyon manat investisiya qoyulub, bunun 178,3 milyon manatı rabitə sektorunu əhatə edib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri