21 
Yan
2021
16:27
276
22
2511
Virtual karabakh

Azərbaycan və Türkmənistan arasındakı memorandumun əhəmiyyəti nədir? - ŞƏRH

21 Yan, 2021
16:27
2511

Azərbaycan və Türkmənistan arasındakı memorandumun əhəmiyyəti nədir? - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu gün Azərbaycan və Türkmənistanın dövlət başçılarının iştirakı ilə, o cümlədən, Xarici İşlər nazirlərinin imzaladıqları “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında memorandum yataqdakı ehtiyatların artıq kapitala çevrilməsinə imkan yaradacaq”.

Bunu Oxu.Az-a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.

Onun sözlərinə görə, bu gün imzalanan memorandumun əhəmiyyəti Sovet dövründə Azərbaycan neftçiləri tərəfindən açılmış bir yatağın ehtiyat kimi Xəzərin dərinliklərində qalmasının qarşısını almaqdan ibarətdir:

“Bu memorandum ilə həmin ehtiyatlar passiv olaraq qalmayacaq, bazarlara çıxarılacaq və əmtəə kapitalına çevriləcək. Kapital isə hər iki ölkəyə əlavə gəlir gətirəcək”.

Ekspertin fikrincə Azərbaycanın neft və qaz starategiyası bundan sonra da dəyişməz olaraq qalacaq:

“Bizim strategiyamız mövcud neft və qaz yataqlarımızdan səmərəli istifadə etmək, çoxşaxəli diversifikasiya olunmuş ixrac infrastrukturuna malik olmaq və bizimlə xoş münasibətdə olan qonşu ölkələrin də neft-qaz ehtiyatlarının dünya bazarına çıxarılmasına dəstək verməkdir”.

İ.Şabanov bu günə qədər Azərbaycan və Türkmənistan arasında enerji sahəsindəki əməkdaşlıqdan da danışıb:

“Türkmənistanın müstəqillik illərində onların neft həcmlərinin böyük bir hissəsi Bakı-Tbilisi-Ceyhan ilə ixrac olunurdu. Eləcə də, Türkmənbaşı Neft Emalı Zavodunun istehsal etdiyi neft məhsullarının bir qismi də SOCAR-ın Kulevi terminalı vasitəsilə dünya bazarına çıxarılırdı”.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri