21 
Yan
2021
17:48
246
57
5405
Virtual karabakh

2020-ci ildə Azərbaycanın istehsal etdiyi avtomobillərin sayı açıqlanıb - FOTO

21 Yan, 2021
17:48
5405

2020-ci ildə Azərbaycanın istehsal etdiyi avtomobillərin sayı açıqlanıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2020-ci ildə Azərbaycan minik avtomobillərinin istehsalını azaldıb.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, Azərbaycanda 2020-ci il 1 949 ədəd minik avtomobili istehsal edilib. Bu da o deməkdir ki, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 411 ədəd az minik avtomobili istehsal olunub.

Ümumilikdə maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 352,2 milyon manatlıq məhsul istehsal edilib.

Əvvəlki illə müqayisədə sair nəqliyyat vasitələrinin istehsalı 47 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 35,7 faiz artıb, maşın və avadanlıqların istehsalı isə 5,1 faiz azalıb.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri