21 
Yan
2021
19:04
337
20
3515
Virtual karabakh

Üç ölkədən quş və quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyuldu

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatı əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.

AQTA-dan bildirilib ki, daxil olan məlumata əsasən, İsveç Krallığının Smaland (Smaland), İraq Respublikasının Səlahəddin (Salah ad-Din), Vyetnam Sosialist Respublikasının Sok Tranq (Soc Trang), Bak Lieu (Bac Lieu), Tiyen Gianq (Tien Giang) və Lonq An (Long An) inzibati ərazi vahidlərinin ərazilərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Bununla əlaqədar olaraq, OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, İsveç Krallığının Smaland, İraq Respublikasının Səlahəddin, Vyetnam Sosialist Respublikasının Sok Tranq, Bak Lieu, Tiyen Gianq və Lonq An inzibati ərazi vahidlərindən bütün növ diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə İsveç Krallığından, İraq Respublikasından və Vyetnam Sosialist Respublikasından gələn, yaxud bu ölkələrdən tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri