22 
Yan
2021
17:03
27
196
2771
Virtual karabakh

Kassalarda sıxlıq olduqda müştəri şikayətini hara bildirməlidir? - AÇIQLAMA

22 Yan, 2021
17:03
2771

Kassalarda sıxlıq olduqda müştəri şikayətini hara bildirməlidir? - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İstər ictimai iaşə müəssisələrində, istərsə də ərzaq mağazalarında vətəndaş pandemiya dövrünün tələblərini pozan hər hansı bir hal görürsə, dərhal buna öz mövqeyini bildirməlidir”.

Bunu Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Priyev deyib.

O, pik saatlarda ərzaq mağazaları və ictimai iaşə müəssisələrində kassalarda yaranan sıxlıqla bağlı vətəndaşların hansı formada müraciətlərini edə biləcəyindən danışarkən bildirib ki, bu halda istehlakçı məsul şəxsə müraciət edə və mövcud boş kassaların açılmasını tələb edə bilər:

“Hər birimiz istehlakçıyıq və mən özüm də marketə daxil olan zaman bu halları müşahidə edirəm. İlk növbədə burada qanunvericiliyin tələblərindən, ictimai iaşə müəssisəsinin daşıdığı məsuliyyət və onu gözləyən cəza tədbirlərindən danışa bilərik. Bunların hər biri qeydə alınır və həyata keçirilir. Lakin, prosesin tənzimlənməsində dövlət orqanları ilə yanaşı hər bir vətəndaş və istehlakçı da aktiv iştirak etməlidir”.

O qeyd edib ki, istehlakçılar bu kimi hallarla qarşılaşdıqda AQTA-nın 1003 qaynar xəttinə və digər aidiyyəti orqanlara məlumat verə bilərlər. 

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri