22 
Yan
2021
19:14
111
59
1377
Virtual karabakh

Ötən il ARDNF-nin aktivlərinin həcmində artım baş verib - HESABAT

22 Yan, 2021
19:14
1377

Ötən il ARDNF-nin aktivlərinin həcmində artım baş verib - HESABAT

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2020-ci il üzrə gəlir və xərclərinə dair məlumat yayıb.

Bu barədə Oxu.Az-a ARDNF-dən məlumat verilib.

Bildirilib ki, 2020-ci il ərzində ARDNF-nin büdcə gəlirləri 9 360,800 000 manat, büdcə xərcləri isə 12 425 300 000 manat təşkil edib.

2020-ci il ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 7 382 200 000 manat, o cümlədən mənfəət neftinin və qazın satışından 6 587 300 000 manat, bonus ödənişləri 767 800 000 manat, akrhesabı ödənişləri 6,7 milyon manat, tranzit gəlirləri 20,4 milyon manat təşkil edib.

Ötən il ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 1 978 600 000 manata bərabər olmuşdur ki, bu da ümumi gəlirlərin 21,1%-ni təşkil edir.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri 3 473 900 000 manat təşkil edib.

Ötən il ərzində ARDNF-nin 2020-ci il büdcəsinin icrası çərçivəsində 12 200 000 000 manat vəsait dövlət büdcəsinə transfer edilib.

Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 200 milyon manat, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 4,1 milyon manat yönəldilib.

2020-ci il ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 21,2  milyon manat təşkil edib.

2021-ci il yanvarın 1-ə Fondun aktivləri 2020-ci ilin əvvəlinə (43 323 300 000 ABŞ dolları) nisbətən 0,56% artaraq 43 564 300 000 ABŞ dollarına bərabər olub.

Koronavirus pandemiyasının təsirləri nəticəsində dünya iqtisadiyyatında baş vermiş tənəzzül fonunda neft qiymətlərinin aşağı düşməsi ilə ARDNF-nin büdcə xərclərinin büdcə gəlirlərini üstələməsinə baxmayaraq, vəsaitlərin idarə edilməsindən əldə edilən və büdcədənkənar gəlirlər hesabına ARDNF-nin aktivlərinin həcmində artım baş verib.

Qeyd edək ki, sözügedən dövr ərzində büdcədənkənar və idarəetmə gəlirlərinin həcmi ümumilikdə 3,2 milyard ABŞ dolları təşkil edib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri