25 
Yan
2021
12:42
70
24
1759
Virtual karabakh

BŞİH xüsusilə hansı obyektlərdə nəzarətin ciddi olacağını AÇIQLADI

Nazirlər Kabinetinin qərarına əsasən, bu gündən bir sıra ticarət obyektlərinin fəaliyyətinə icazə verilir.

Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət Departamentindən Oxu.Az-a verilən məlumata əsasən, bu gün Bakı şəhəri üzrə ticarət obyektlərinin təxminən 50 faizi və ya 3 500 civarında ticarət obyekti fəaliyyətə başlayır.

Belə ki, yalnız gündəlik tələbatı ödəməyə xidmət edən mağazalar: qeyri-ərzaq məhsulları, mebellər, ticarət və tikinti malları, maşınlar və onlar üçün ehtiyat hissələri, təsərrüfat məhsulları, kosmetik vasitələr, geyim satışı ilə məşğul olan mağazalar və s. ticarət obyektlərinin fəaliyyəti bərpa edilir.

Bildirilib ki, monitorinqlərə bu gündən start verilib, lakin ötən həftənin şənbə-bazar günləri bəzi mağazalara baxış keçirilib və məlumatlandırma işləri aparılıb:

"Əsas tələblər dəyişməz olaraq qalır: ticarət obyekti daxilində personalın tibbi maskadan istifadə etməsi, mağazaya daxil olan şəxslərin mütləq şəkildə maskadan istifadə etməsi və eləcə də kassa aparatları olan yerdə dezinfeksiya vasitələrinin olması kimi pandemiya başlayandan qüvvədə olan məsələlər bu gün də əsas tələbləri təşkil edir. Bir digər əsas tələb isə sosial məsafənin saxlanılmasıdır. Əgər mağazanın ölçüsü 10-20 kvadrat metrdirsə, orada 5-10 nəfərdən artıq müştəri olmamalıdır. Mütləq şəkildə iki metr məsafə qaydası gözlənilməlidir. Bu sadalanan məsələlərə riayət olunmadığı halda tərəfimizdən bu hallar qeydə alınır və müvafiq tədbirlər həyata keçirilir".

Əsasən, hansı növ ticarət müəssisələrində nəzarət mexanizmlərinin tətbiqinə xüsusi diqqət yetiriləcəyi ilə bağlı da məlumat verilib:

"Əsasən uşaqlar üçün mağazalara, qənnadı məhsulları, ərzaq məhsulları, təsərrüfat malları, məktəb və məktəb ləvazimatları, tekstil məhsulları, elektrik cihazları satılan mağazalara ciddi nəzarət həyata keçiriləcək. Xüsusilə elektrik cihazları satılan mağazalarda sıxlıq daha çox müşahidə olunduğundan nəzarət də buna uyğun formada aparılacaq".

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri