25 
Yan
2021
13:45
39
134
2649
Virtual karabakh

Azərbaycanda sıxılmış təbii qaz istehlakçıları milyonlarla manat vəsaitə qənaət edib - FOTO

25 Yan, 2021
13:45
2649

Azərbaycanda sıxılmış təbii qaz istehlakçıları milyonlarla manat vəsaitə qənaət edib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2015-2020-ci illərdə ölkəmizdə CNG yanacağının istehlakı 86 milyon kub metr təşkil edib. Bu müddət ərzində sıxılmış təbii qaz istehlakçıları 31 milyon manat qənaət edib. Eyni zamanda ölkə atmosferinə emissiya edilən istixana qazları 44 min ton azalıb.

Bu barədə Oxu.Az-a “SOCAR Petroleum”un mətbuat katibi Üzeyir Həbibbəyli bildirib. 

Şəhər daxili və eyni zamanda ictimai nəqliyyatda CNG yanacağı ən səmərəli və ekoloji təmiz yanacaq növlərindən biridir. 

Qeyd edək ki, “SOCAR Petroleum” 38 YDM ilə yanaşı, 11 neft terminalından ibarət neft məhsullarının topdan satışı şəbəkəsinə sahibdir. Sıxılmış təbii qazın mühərrik yanacağı kimi tətbiq olunmasında lider olan şirkətin bu tip yanacağın istehsalı və satışı üçün terminalı fəaliyyət göstərir. Ekoloji təmiz olan bu yanacağın bir kub metrinin qiyməti 45 qəpik təşkil edir və istehlakçı hər 100 kilometr üçün 4,5 manat qənaət etmiş olur.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri