25 
Yan
2021
15:09
23
138
2130
Virtual karabakh

“AzerGold” qızıl və gümüş ixracından nə qədər gəlir əldə edib? - FOTO

“AzerGold” QSC-də ötən ilin yekunları və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş onlayn müşavirə keçirilib.

QSC-dən verilən məlumata əsasən, ötən il cəmiyyətin həm istehsalat, həm də hasilat göstəriciləri plandan daha artıq olmaqla, 2019-cu ilin nəticələrini üstələyib.

Beləliklə, “AzerGold” QSC-nin hasil etdiyi qızıl və gümüşün dünya bazarına ixracı nəticəsində il ərzində ölkə iqtisadiyyatına ümumilikdə 186.5 milyon manat həcmində vəsait daxil olub.

Yeni yataqların işlənməsi, eləcə də əldə olunan müsbət iqtisadi artım göstəricilərinin daha yüksək dinamika ilə davamlılığının təmin edilməsi məqsədilə cəmiyyət tərəfindən ilk dəfə tədavülə buraxılan 20 milyon ABŞ dolları həcmində istiqrazların emissiyası uğurla həyata keçirilib.

Hesabat dövründə cəmiyyətin 2020-ci il üçün fəaliyyət planına uyğun olaraq perspektiv sahələrdə yeni yataqların istismara verilməsi istiqamətində 75 min 778 metr dərinliyində buruq-qazma işləri icra edilib.

Müşavirədə “AzerGold”un cari ildə də regionlarda yeni mədənlərin işə salınması istiqamətində fəaliyyətini davam etdirəcəyi vurğulanıb. Təsdiqlənmiş plan əsasında 2021-2027-ci illər ərzində müvafiq olaraq “Ağyoxuş” yatağının növbəti mərhələlərinin (“Ağyoxuş-2”, “Ağyoxuş-3”), “Mərəh”, “Narçala”, həmçinin “Çovdar” yatağının sulfid mərhələsi üzrə istismarı, eləcə də “Tülallar”, “Filizçay”, “Qaradağ”, “Xarxar”, “Mazımçay” və digər yataqların istifadəyə verilməsi nəticəsində ölkə iqtisadiyyatına milyardla manat vəsaitin cəlb ediləcəyi, ümumilikdə minlərlə yeni iş yerinin açılacağı, bütün bunların regionların sosial-iqtisadi inkişafına müsbət təsir edəcəyi vurğulanıb.

Bildirilib ki, bu layihələrin icrası ilə “AzerGold” QSC-nin genişmiqyaslı regional mədən şirkətinə, ölkənin ən böyük qeyri-neft ixracatçısına çevrilməsi əsas hədəf kimi qarşıya qoyulub.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri