25 
Yan
2021
15:48
38
161
2206
Virtual karabakh

Dövlət Neft Fondu AÇG və Şahdəniz üzrə gəlirlərini açıqladı

25 Yan, 2021
15:48
2206

Dövlət Neft Fondu AÇG və Şahdəniz üzrə gəlirlərini açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikası Dövlət Neft Fondu 2020-ci ilin yanvar-dekabr ayları ərzində Azəri-Çıraq-Günəşli və Şahdəniz üzrə ümumi 3 milyard 816.6 milyon ABŞ dolları həcmində gəlir əldə edib.

Dövlət Neft Fondundan Oxu.Az-a verilən məlumata əsasən, fond 2020-ci il ərzində Azəri-Çıraq-Günəşli yatağından 3 milyard 522.7 milyon ABŞ dolları həcmində gəlir əldə edib.

Həmçinin 2020-ci ilin yanvar-dekabr ayları ərzində Şahdəniz qaz və kondensat yatağından əldə edilən gəlirin həcmi 293.9 milyon ABŞ dolları olub.

O cümlədən Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlir 223.4 milyon ABŞ dolları təşkil edib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri