25 
Yan
2021
16:36
184
43
1658
Virtual karabakh

SOCAR-ın Petkim şirkəti ixracat lideri oldu - FOTO

Türkiyənin ən böyük birbaşa xarici investoru olan “SOCAR Türkiyə”nin Petkim neft-kimya holdinqi 2020-ci ildə də kimya sektorunun ixracat lideri oldu.

Bu barədə Oxu.Az-a Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib. 

Egey İxracatçı Assosiasiyası (EİA) tərəfindən təşkil olunan və ənənəyə çevrilmiş “İxracatın Ulduzları” Mükafatının Təqdimolunma Mərasimi pandemiyaya görə bu il keçirilməsə də, Petkim kimya sektorunda birinci, bütün sektorlar kateqoriyasında isə ikinci yerə layiq görülüb.

Türkiyənin ilk və yeganə inteqrasiyalı neft-kimya kompleksi olan Petkimin pandemiya müddətində yerli istehsalçıların ehtiyaclarına xüsusi diqqət yetirdiyini bildirən SOCAR Türkiyə Emal və Neft-Kimya bölməsinin rəhbəri, Petkimin Baş direktoru Anar Məmmədov deyib:

“Qlobal tədarük zəncirində qırılmaların baş verdiyi bu dövrdə istehsal prosesinin fasiləsizliyini təmin edərək daxili bazarın xammal tələbatını qarşılamaq bizim üçün prioritet idi. Bu dövrdə pandemiyanın təsiri ilə neft qiymətləri rekord səviyyədə azalarkən, neft-kimya məhsullarının qiyməti də düşdü. Bütün bu proseslərə baxmayaraq biz güclü mövqeyimizi qoruyub saxladıq və Petkim əvvəlki illərdə olduğu kimi, 2020-ci ildə də kimya sektorunda yenə Egey bölgəsinin ixracat lideri oldu. Bu çətin dövrdə yüksək əmək qabiliyyəti nümayiş etdirdiklərinə görə bütün həmkarlarıma bir daha təşəkkür edirəm”.

Egey İxracatçı Assosiasiyasının elan etdiyi “2020-ci il Egey Bölgəsi İxracatın Ulduzları” siyahısında kimya sektorunda birinci, bütün sektorlar kateqoriyasında isə ikinci olan Petkim hesabat dövründə 363 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatı həyata keçirib.

STAR Neft Emalı Zavodu ilə inteqrasiyanın yaratdığı sinerji ilə ölkə sənayesinin dayanıqlılığı üçün istehsalı davam etdirən Petkim bu dövrdə Türkiyə üçün çox mühüm və strateji əhəmiyyət daşıyan tibbi ləvazimatlar və qablaşdırma xammalı istehsalındakı çəkisini artırdı. Petkim pandemiya və qlobal şərtlərin təsiri ilə məhsulların qiymətində baş verən enmələrə baxmayaraq, 2020-ci ilin üçüncü rübündə gəlirini keçən ilin müvafiq dövrü ilə müqayisədə 36 faiz artıraraq 311 milyon TL-yə çatdırmağa nail olub.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri