27 
Yan
2021
11:54
43
85
1077
Virtual karabakh

Banklar tərəfindən müştərilərə verilən kreditlərin həcmi azalıb

2020-ci ilin sonuna dair Azərbaycanın bank sektorunun icmal balansı haqqında məlumat verilib.

Oxu.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, 2020-ci ilin sonuna bank sektorunda cəmi aktivlərin həcmi 32 milyard 55,3 milyon manat təşkil edib və bu, ilin əvvəli ilə müqayisədə 2 faiz azalma deməkdir.

Dövrün sonunda bank sektoruna məxsus nağd vəsaitlərin həcmi isə 1 milyard 532,2 milyon manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 0,04 faiz artımdır.

Banklar tərəfindən müştərilərə verilən xalis kreditlərin dəyəri isə 13 milyard 20,3 milyon manat təşkil edib və ilin əvvəlinə nisbətən bu kreditlərin həcmi 3,2 faiz azalıb.

Banklar da daxil olmaqla maliyyə institutlarındakı depozitlərin həcminin ümumi dəyəri isə 4 milyard 155,7 milyon manat təşkil edib ki, ilin əvvəlinə nəzərən bu depozitlərin həcmi 25 faiz azalıb.

Qeyd edək ki, müvafiq dövrün göstəricilərinə görə, bank sektorundakı qiymətli kağızların həcmi isə 32,9 faiz artaraq 4 milyard 335 milyon manat təşkil edib. 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri