27 
Yan
2021
13:30
12
102
1259
Virtual karabakh

Bank sektorunun ötən il ərzindəki gəlirləri açıqlanıb

27 Yan, 2021
13:30
1259

Bank sektorunun ötən il ərzindəki gəlirləri açıqlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda bank sektoru 2020-ci ili mənfəətlə başa vurub.

Oxu.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, bank sektoru ötən il 567,8 milyon manat xalis gəlir əldə edib. 2019-cu ilin yekun gəlirləri ilə müqayisədə banklar xalis gəlirlərin həcmini 5,7 faiz artırıb.

Belə ki, ötən il Azərbaycanda bank sektoru faiz və gəlirlərin bu qəbildən olan növlərindən ümumi 1 milyard 920,5 milyon manat vəsait cəlb edib. O cümlədən, kreditlər üzrə faizlərdən 1 milyard 519,5 manat vəsait əldə edilib ki, bu vəsaitin həcmi isə əvvəlki ilin yekunları ilə müqayisədə 6,9 faiz artıb. Bankların xalis faiz gəlirlərinin həcmi isə 2019-cu ilin yekun nəticələrinə nəzərən 2,84 faiz artaraq 1 milyard 368,1 manat təşkil edib.

Bank sektorunun faiz və onlara bağlı xərclərinin həcmi 492,5 milyon manat təşkil edib ki, bu, 2019-cu ilin yekun göstəriciləri ilə müqayisədə 10,1 faiz azdır. 

Dövrün sonuna bank sektorunun qeyri-faiz gəlirlərinin həcmi 672,1 milyon manat, qeyri-faiz xərclərinin həcmi isə 1 milyard 236,5 milyon manat təşkil edib.

Banklar bu dövrdə 803,7 milyon manat dəyərində əməliyyat mənfəəti əldə edib ki, bu da əvvəlki ilin yekunlarına nisbətən 5,34 faiz azalıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri